Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq
təklifini dəstəkləyirik. Ermənistan da bu məsələdə adekvat mövqe
sərgiləməlidir.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat
konfransında deyib.
M.Çavuşoğlu deyib ki, Türkiyə-Ermənistan münasitbətlərinin
normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya
edilir.
“Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur
dəhlizinin reallaşması da önəmlidir”, – deyə nazir bildirib.