Ermənistan silahlanır, bu, təhdid mənbəyidir – Bayramov

Ermənistan silahlanır, bu, təhdid mənbəyidir – Bayramov

Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır:

“Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.

C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistanın silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var:

“Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.

Teqlər: