Ermənistanla sərhədə gedən yolda Paravani aşırımı çətin meteoroloji şəraitlə əlaqədar bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-ci kilometrindən 147-ci kilometrinədək hissəsində (Paravani aşırımı) qar fırtınası və zəif görmə ilə əlaqədar bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, – məlumatda qeyd olunub.