Ermənistan sərhədimizə qüvvə yığdığını təsdiqlədi

Ermənistan sərhədimizə qüvvə yığdığını təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın sərhədə canlı qüvvə və artilleriya yığdığı barədə yaydığı məlumat İrəvan tərəfindən təsdiqlənib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Göyçə mahalının Basarkeçər rayonuna artilleriya toplanması barədə yayılan məlumat həqiqəti əks etdirib.

Ermənistan MN bunun hücum üçün olmadığını, guya yalnız müdafiə xarakteri daşıdığını və Azərbaycan Ordusunun üzbəüz mövqelərinin texnika və canlı qüvvəsinə uyğun olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsini Azərbaycan MN müşahidə edib.

“Bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Azərbaycan MN-in xəbərdarlğında qeyd edilib.

Teqlər: