Ermənistan sərhədimizə hücuma hazırlaşır – Sensasion plan

Ermənistan sərhədimizə hücuma hazırlaşır – Sensasion plan

Bu gün Paris və İrəvan hərbi müstəvidə saziş imzalayacaq: müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək.

Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Ermənistan öz mülki əhalisini qorumaq və sərhədlərini mühafizə etmək imkanına malik olmalıdır. Bu məqsədlə biz Ermənistana hava məkanının müdafiəsini təmin etməyə imkan verəcək saziş imzalayacağıq və Ermənistanın Fransa istehsalçılarından silah almasını rəsmiləşdirəcəyik.

Cənubi Qafqazda maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Bu məqsədlə Rusiyanın Ermənistanın “təhlükəsizliyinin təmin edilməsi”ndəki rolunu almaq istəyir. Paşinyanın Strarburqda son çıxışı da o deməkdir ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” dəyişmək niyyətindədir. Lakin bu necə baş verəcək, Ermənistan Rusiyadan və KTMT-dən necə imtina edəcək?

2021-ci ildən indiyə qədər rəsmi İrəvan bunun üçün “bəhanə” toplamaqla məşğuldur, hərçənd, yeni və daha ciddi hadisə baş verməlidir ki, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq – Rusiyadan imtina etmək üçün həm Moskvanı “fakt qarşısında” qoymalı, həm də daxili ictimai rəydə addımını əsaslandırmalı, ictimai dəstək əldə etməlidir.

Bu, yalnız Ermənistan və Azərbaycan sərhədində növbəti və qanlı eskalasiya ilə mümkün ola bilər. Və belə ssenaridə İrəvan Rusiya və KTMT-yə qarşı ittihamlarını yeniləmək, son addımı atmaq imkanı qazanacaq. Bu baxımdan, Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir.

Qarabağda erməni separatizminin ləğvindən sonra Qərbdə “Azərbaycanın Ermənistana hücum hazırlığı” haqda aparılan siyasi-informasiya kampaniyası da bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, Cənubi Qafqazda yeni cəbhə açmaq planı qüvvədədir və eskalasiya ssenarisindən öncə beynəlxalq ictimai rəyi formalaşdırırlar.

Teqlər: