Ermənistanın Azərbaycanla sərhədə hərbi qüvvə və texnika yığdığını təsdiqləyən daha bir video yayılıb.
AzerTimes xəbər verir ki, erməni Teleqram kanallarında yayılan videoda bayraqla, yəni xüsusi təbliğatla sərhədə göndərildiyi bildirilən əsgərlərin heç də həqiqi hərbi xidmətçilər olmadığı, daha yaşlı hərbçilər və muzdlular olduğu görünür.
Qeyd edək ki, Azərbaycan MN bir neçə gün öncə Ermənistanın Azərbaycanla sərhədə canlı qüvvə və artilleriya cəmləşdirdiyi haqda məlumat yaymış, Ermənistan MN isə bunu təsdiqləmişdi.
Bunun ardınca isə Ermənistan ordusuna aid yük maşınlarının sərhədə çoxlu sayda işlənmiş avtomobil şinlərini daşıdığını əks etdirən görüntülər yayıldı.