Ermənistan sərhəddəki təxribatı zamanı verdiyi itkilərin bir hissəsini açıqlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində 6 erməni hərbçinin həlak olduğunu etiraf edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

Nazirlik həlak olanların beşinin adını açıqlayıb, daha birinin şəxsiyyəti müəyyənləşdirilir.


Eyni zamanda açıqlamada bildirilir ki, Rusiya tərəfinin vasitəçiliyi ilə itkin düşmüş hərbçilərin axtarışları davam etdirilir.

Teqlər: