Sentyabrın 13-14-də sərhəddəki toqquşmada ölən erməni əsgərlərinin qeydə alınmış sayı 201 nəfərdir.
AzerTimes xəbər verir ki. bu sözləri Ermənistan səhiyyə naziri Anait Avanesyan deyib.
O bildirib ki, meyitlərin tanınması üçün təyin edilən ekspertiza artıq başa çatıb.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan ölənlərin sayının 210-a çatdığını, itkin düşənlərin isə 29 nəfər olduğunu bildirmişdi.