Ermənistan səfirləri sərhədimizə gətirir

Ermənistan səfirləri sərhədimizə gətirir

Sabah Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanla sərhəddə olan, hazırda “humanitar yük” adı ilə göndərilmiş 19 TIR-ın dayandığı Kornidzor kəndinə gələcək.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, AB müşahidəçiləri dünəndən oradadır.

Qeyd edək ki, Ermənistan ötən gün guya Qarabağın bir hissəsində məskunlaşan ermənilərin “qida ehtiyacını” ödəmək üçün 400 ton civarında “humanitar yardım” göndərib. Azərbaycanla razılaşdırılmadan və heç bir zərurət olmadan təşkil edilən bu kampaniya əslində şoudur və beynəlxalq ictimaiyyəti çaşdırmağa, təbliğata yönəlib.

Azərbaycan dəfələrlə Qarabağdakı erməni icmasının istənilən ehtiyacını Ağdam-Xankəndi marşrutu ilə təmin edə biləcəyini ifadə etsə də, erməni separatçılar bu təklifdən imtina ediblər. Bu isə bir daha təsdiqləyir ki, Qarabağın bir hissəsində məskunlaşan erməni icması ərzaq baxımından heç bir çətinlik çəkmir, məqsəd siyasidir və Azərbaycanın ərazi bütövlüyünə qəsddir.

Ermənistanın şousunda iştirak edən 19 yük maşını isə ötən gündən Kornidzor ərazisində gözləməklə məşğuldur.

Teqlər: