Ukraynanın Rusiya işğalından azad edilən ərazilərində minatəmizləmə işləri zamanı Ermənistan istehsalı olan “E-001” piyada əleyhinə minalar tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko özünün Teleqram kanalında yazıb.
“Bunun erməni minası olduğuna şübhə ola bilməz, mən şəxsən onları Qarabağda görmüşəm. Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minaları verməsi haqqında məlumat yox idi. Amma hələlik tələsik nəticələr çıxarmazdım. İndiki mərhələdə bu minalardan nə qədərinin rus işğalçıları tərəfindən istifadə edildiyini və ümumiyyətlə onları necə əldə etdiklərini söyləmək çətindir. Çatdırılma yalnız qaçaqmalçılıq yolu ilə ola bilər”, – Kovalenko bildirib.
Hərbi ekspert eyni zamanda erməni diasporunun Krımda olan nümayəndələrinin Rusiya ilə sıx əməkdaşlıq etdiyini də vurğulayıb:
“Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edir. Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağda da olub və döyüşə könüllülər (muzdlu) göndərib. Boz təchizat zəncirinin yaradılması da mümkündür”.