Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.
Nazir qeyd edib ki, bərə bir neçə ay işləyib:
“Bu daşımalar ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər”.