Rusiya ya edə bilmir, ya etmək istəmir, ya da edə bilmir və etmək istəmir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsinin brifinq çıxışını şərh edərkən deyib.
“Müttəfiq tərəfdən bəyanat daha məqsədyönlü səslənə bilərdi, necə ki Ermənistanla ümumiyyətlə sıx əlaqələri olmayan ölkələr bunu edib”, – Simonyan azərbaycanlı ekoloji fəalların Qarabağda dinc aksiyası və Laçın yolunun rus sülhməramlıları tərəfindən bağlanması barədə danışarkən bildirib.