Ermənistan başqa ölkələrdən Rusiyaya dəniz məhsulları tədarükçülərinin ilk üçlüyünə daxildir.
AzerTimes xəbər verir ki, bu barədə “Praym” nəşri məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında dost olmayan ölkələrdən (AB, ABŞ və Norveç daxil olmaqla) Rusiyaya hazır balıq və dəniz məhsullarının tədarükü cəmi 2 milyon dollar (bazarın 8,5 faizi) təşkil edib. Əsas tədarükçülər İtaliya (750 min dollar), Sloveniya (570 min dollar) və Litva (226 min dollar) olub.
Eyni dövr ərzində dost ölkələrdən balıq və dəniz məhsulları daşınması 21,9 milyon dollar təşkil edib. Onların arasında liderlər Çili (15,2 milyon dollar), Hindistan (4,6 milyon dollar) və Ermənistan (1,2 milyon dollar) olub.
Qeyd edək ki, ABŞ, Avstraliya, Albaniya, Andorra, Baham adaları, Böyük Britaniya, AB ölkələri, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, San Marino, Şimali Makedoniya, Sinqapur, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə və Yaponiya Rusiya ilə dost olmayan ölkələr siyahısına daxilib ediliblər.