30 mart 2024-cü il tarixindən etibarən Ermənistan banklarının əksəriyyəti Rusiyanın “Mir” ödəniş sistemindən kartların qəbulunu dayandıracaq.
AzerTimes xəbər verir ki, bunu “VTB Ermənistan” bankının (Rusiya VTB-nin törəmə müəssisəsi) nümayəndəsi RBC-yə deyib.
“Martın 30-dan etibarən istifadəçilər artıq POS terminallarda nağdsız ödənişlər edə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər. Bu, “VTB Ermənistan” kartlarının fəaliyyətinə heç bir şəkildə təsir etməyəcək”, – o bildirib.
Qeyd edək ki, bu məlumatı nəşrə Rusiyanın ödəniş bazarındakı mənbə də təsdiqləyib.