Ermənistan fevralın 1-dən rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olub.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi elan etdi ki, Ermənistan 2024-cü il fevralın 1-dən etibarən Roma Statutuna qoşulan 124-cü, Şərqi Avropa qrupundan isə 19-cu dövlət olacaq”, – məlumatda deyilir.
Qeyd edək ki, Ermənistan parlamenti ötən il oktyabrın 3-də Roma Statutunu ratifikasiya edib.