Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan rəhbərliyinin siyasəti yalan üzərində qurulub. Tarixin saxtalaşdırılması, dini və mədəni abidələri özününküləşdirməsi, dünya ictimaiyyətini öz yalanlarına inandırması ermənilərin xislətidir. Məğlubedilməz erməni ordusu mifi də növbəti bir yalan idi.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, müharibənin ilk günündən başlayaraq Ermənistan rəhbərliyi öz xalqını da yalanlarla məğlubedilməz olduqlarına inandırmağa çalışırdı:
“Müharibənin birinci günündə cəbhə xəttini yararaq bir neçə yaşayış məntəqəsini işğaldan azad edən müzəffər ordumuzun hər günü uğurlu oldu. Ali Baş Komandanın tətbiq etdiyi yeni hərbi strategiya erməniləri çaşbaş salmışdı. Düşmənimizn gözləmədiyi istiqamətlərdən ordumuz həmlə edib böyük uğurlara imza atdı. Düşmən Füzuliyə hücumumuzu gözlədiyi halda ordumuz birinci Hadrutu azad etdi. Hadrutda bir nəfər belə erməni qalmadığı və bütün hakim yüksəkliklərə Azərbaycan ordusu nəzarət etdiyi halda erməni rəhbərliyi və erməniyönümlü mətbuat Hadrutun guya ki, özlərinin əlində olduğunu bildirirdilər. Halbuki, erməni hərbçiləri qorxaqcasına mövqelərini qoyub qaçmışdılar.
Müharibənin ilk günündən erməni silahlı birləşmələrində ruh düşkünlüyü yaşanırdı. Hadrut şəhəri Azərbaycan ordusunun nəzarətində olduğu halda erməni rəhbərliyi yalan məlumatlar yayaraq guya ki, əraziyə nəzarət etdiklərini bildirərək insanları müharibəyə səfərbər etməyə çalışırdı. Nəticədə isə öz siyasətini yalanlar üzərində quraraq 10 minlərlə gəncini qırğına göndərdi. Təbii ki, bu, həm də erməni rəhbərliyinin öz xalqına qarşı törətdiyi növbəti cinayəti idi. Çünki, onlar müharibənin ilk günündən bilirdilər ki, müzəffər ordumuzun qarşısında tab gətirmək iqtidarında deyillər.
Ali Baş Komandanımız vəziyyəti yaxşı bilirdi və ona görə də erməni gəncliyini məhv etməmək üçün hərbçilərini ərazilərimizdən çıxarılması üçün Ermənistandan qrafikin təqdim olunmasını tələb edirdi. Onlar isə öz xalqını aldadaraq vətəndaşlarını qırdırdı və 10 noyabrda üçtərəfli bəyanatı imzalanmağa məcbur oldular. Yəni, erməni rəhbərliyi öz xalqını aldatmadan vaxtında sənədə imza atsaydı, 10 minlərlə erməni qırılmazdı”.
Deputat bildirib ki, bu gün Ermənistanda yaşanan xaos və anarxiya da həmin yalanların nəticəsidir: “Dövlətə, hökumətə, müxalifətə inamsızlıq. Ermənilər tərəddüd içindədirlər. Bilmirlər ki, kimi dəstəkləsinlər və kimin arxasınca getsinlər. Düşünürəm ki, ermənilər dünyanın ən bədbəxt millətidir. Bu bədbəxtliklərini özlərinin xainliyi və yalançılığ ilə qazanıblar”.