Ermənistan regionda dayanıqlı sülhün yaradılması ilə bağlı konstruktiv mövqe nümayiş etdirmir – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan regionda dayanıqlı sülhün və əminamanlığın təmin edilməsi üçün lazımi işləri görür, sülh müqaviləsi ilə bağlı lazımi addımlar atır. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu məsələdə konstruktiv mövqe nümayiş etdirmir.

AzerTimes-ın məlumatlna görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycanın xoşməramlı məramına qarşılıqlı münasibət göstərmir: “Ermənistan tərəfindən bu xoşniyyətli mərama qarşılıqlı münasibət görmürük. Bu yanaşma regionda sülh və tərəqqiyə zərbə vuran addımdır. Hər kəs başa düşməlidir ki, dayanıqlı sülh üçün yeni “ixtiralara” ehtiyac yoxdur. Yaranmış vəziyyətdən düzgün istifadə etməklə, beynəlxalq qanunlara əməl etməklə regionda dayanıqlı sülhü bərqərar etmək mümkündür”.

Teqlər: