Ermənistan KTMT platforması ilə bağlı konkret razılaşmadan yayınır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Moskva hazırda İrəvanın KTMT ilə bağlı çox vaxt səsləndirdiyi səmərəsiz, ultimativ və bəzən isə təhqiramiz tərzdə olan ritorikasından narahatdır”, – M.Zaxarova qeyd edib.