Ermənistanın dövlət büdcəsindən Qarabağdakı separatçı dəstəyə 2,9 milyard dram (təxminən 7,5 milyon dollar) məbləğində “yeni kredit” ayrılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bugünkü iclasında bildirilib.
“Kredit müharibədən sonrakı dövrdə Qarabağ ərazisində yaranmış sosial gərginliyin yumşaldılmasına yönəlmiş əlavə maliyyələşdirmə üçün nəzərdə tutulub”, – məlumatda bildirilib.