Ermənistan Qafarovaya müraciətdən imtina etdi

Ermənistan Qafarovaya müraciətdən imtina etdi

Ermənistan parlamenti “Şərəf duyuram” blokunun rəhbəri Ayk Mamicanyanın Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya müraciət göndərmək istəyindən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə Ayk Mamicanyan özü mediaya deyib.

O bildirib ki, müraciətin çatdırılması üçün Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasına müraciət edib, ancaq ona Azərbaycan parlamenti ilə əlaqə olmadığı bildirilib.

“Faktiki olaraq onlar digər məsələlərdə diplomatik əlaqələr qura bilirlər. Görünür, mənim təşəbbüsüm – Bakıda erməni “əsirləri” ziyarət etmək istəyimdə maraqlı deyillər”.

Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan Milli Məclisinin rəhbərinə elektron qaydada məktubu göndərib.

Qeyd edək ki, Mamicanyan Bakıda mühakimə edilən erməni terrorçuları yoluxmaq istədiyini və buna görə Azərbaycan Milli Məclis sədrinə müraciət edəcəyini bildirmişdi.

Teqlər: