Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin yeni baş qərargah rəisinin təyin olunması ilə bağlı vəsatəti imzalamayıb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, A.Sarkisyan vəsatəti öz iradlarını əlavə etməklə baş nazir Nikol Paşinyana geri göndərib.
Xatırladaq ki, ötən gün N.Paşinyan Artak Davtyanın baş qərargah rəisi vəzifəsinə təyin olunduğunu elan etmişdi.