Ermənistan prezidenti Türkiyə sərhədinə gəldi

Ermənistan prezidenti Türkiyə sərhədinə gəldi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Armavir vilayətinə səfəri çərçivəsində Armavir şəhərində yerləşən hərbi hissələrindən birinə baş çəkib.

AzerTimes erməni mediasına istinadən xəbər verir ki, Xaçaturyan hərbçilərlə görüşüb, onların qarşısında çıxışı zamanı ordunun gücləndirilməsinin ölkə üçün prioritet olduğunu açıqlayıb.

O, orduda ciddi islahatların aparıldığını vurğulayıb.

Səfər çərçivəsində Xaçaturyan hərbi hissəni gəzib, hərbi qulluqçuların yemək, yaşayış şəraiti, tədris prosesinin təşkili ilə tanış olub.

Teqlər: