Ermənistan Prezidenti Vaaqn Xaçatryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyasından məlumat verilib.
“Ermənistan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün sabah Rusiyaya gedəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 15-18 iyun tarixlərində keçiriləcək.