Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə konstitusiyanın dəyişdiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, o bu sözləri Rusiyanın RBK telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistanda prezident üsul-idarəsinin bərpa olunmasınını tərəfdarıdır.
Xatırladaq ki, Ermənistanda prezident üsul-idarəsi 2018-ci ildə dəyişdirilərək parlamentli respublika sisteminə keçilmişdi.