Ermənistan hüquq-mühafizə orqanlarına bu gün keçirilən növbədənkənar parlament seçkilərində 21 qanun pozuntusu barədə məlumat daxil olub, yeddi hadisə üzrə cinayət məsuliyyəti faktına dair yoxlama aparılır.
AzerTimes-ın məlumatına görə, bu barədə Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyan bildirib.
Onun sözlərinə görə, indiyə qədər 21 pozuntu qeydə alınıb, onlardan yeddisi cinayət əməli hesab olunur, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etməsi cəhdidir.
A.Mkrtçyan qeyd edib ki, bütün seçkiqabağı dövr ərzində 176 pozuntu qeydə alınıb. Bunların əksəriyyəti seçicilərin rüşvət almaqla aldatma halları ilə əlaqədardır.