Sabah, günün ikinci yarısında Ermənistan parlamentində təmsil olunan müxalif kəsimin təşəbbüsü ilə qanunverici orqanın “Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda təcili iclas keçiriləcək.
AzerTimes xəbər verir ki, “Ermənistan” və “Şərəfim var” fraksiyaları müzakirələrə baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanı da dəvət edib. Hər iki şəxsin iclasda iştirak edəcəyi bildirilib.
Müxalifət görüşü açıq, hakimiyyət qapalı rejimdə keçirmək niyyətindədir. Sabah bu məsələnin səsvermə yolu ilə həll olunacağı bildirilib.