Ermənistan parlamentində iqtidar və müxalifət fraksiyasının deputatları arasında əlbəyaxa dava olub.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, “Hayastan” fraksiyasının üzvü Artur Sərkisyanla “Mülki müqavilə” fraksiyasının nümayəndəsi Ovik Ağazaryan arasında mübahisə əlbəyaxa davaya çevrilib. Bundan sonra hakim fraksiyasının digər nümayəndələri də onlara qoşulub.