Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan parlamentində bir qrup şəxs arasında dava olub.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu “Ayastan” blokunun deputatı İşxan Saqatelyanın köməkçisi bildirib.
O qeyd edib ki, insident parlamentin vitse-spikeri Ruben Rubenyanın iş otağında qeydə alınıb. Onun sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” partiyasınını üç deputatı müxalif deputatların köməkçilərinə hücum edib.
Digər təfərrüarlar barədə məlumat verilməyib.