Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan parlamentində bu gün növbəti dəfə baş nazir seçkiləri ilə bağlı səsvermə keçiriləcək.
AzerTimes bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Deputatların bu gün baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı seçməyəcəyi gözlənilir. Qeyd edək ki, ötən həftə deputatların böyük əksəriyyəti səsverməyə qatılmamış və N.Paşinyan bu vəzifəyə seçilməmişdi.
Onun ikinci dəfə baş nazir seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.
Prezident Armen Sarkisyanın parlament seçkilərini iyunun 20-də təyin edəcəyi gözlənilir.