Ermənistan Xarici İşlər Nazirliyi Parisdə tarixi əhəmiyyəti olan binanı səfirlik üçün almaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu məqsədlə Ermənistan XİN hökumətə müraciət edərək, alınacaq binanın qiymətinin 10 faizini ödəmək üçün dövlət büdcəsindən əlavə pul istəyib.
Parisin 16-cı rayonunda yerləşən binanın tarixi əhəmiyyəti var, çünki 1956-cı ildən 5-ci Fransa Respublikasının 3-cü prezidenti Valeri Jiskar d’Estenə məxsus olub.
Binanın qiyməti 23 milyon avrodur.