Ermənistan ordusunun polkovniki saxlanılıb: Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirməkdə ittiham olunur

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.

Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri hərbi hissəyə yerləşdirirdi.

Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə ittiham olunub.

Həmin polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb.

Teqlər: