Oktyabrın 15-dən dekabrın 20-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
AzerTimes xəbər verir ki, bu barədə müvafiq qərar sentyabrın 26-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Bildirilir ki, məqsəd hərbi vərdişlərinin artırılması, ehtiyatda olan hərbi qulluqçuların peşə hazırlığı və yenidən hazırlanmasıdır.
Qeyd edək ki, qərarın iki bəndi məxfi saxlanılır.