Mayın 18-də Ermənistan ordusunda başlayan strateji komanda-qərargah təlimləri çərçivəsində planlaşdırılmış tədbirlər davam etdirilib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir sıra taktiki epizodlar sınaqdan keçirilib, komandirlərin əməliyyatları planlaşdırmaq və idarə etmək bacarığı yoxlanılıb. Təlimin praktiki mərhələlərindən birini müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Edvard Asryan müşahidə edib.
Təlimlərdə iştirak edən bölmələrin komandirləri taktiki bilik və əməliyyatların işlənib hazırlanması və həyata keçirilməsi, əlaqələndirilmiş və operativ tapşırıqların yerinə yetirilməsi bacarıqlarını nümayiş etdiriblər.
Xatırladaq ki, mayın 20-də strateji komanda-qərargah təlimləri başa çatacaq və nəticələrə yekun vurulacaq.