Ermənistan ordusu dağıdılır, qızlar gətirildi – Qazaryan

Ermənistan ordusu dağıdılır, qızlar gətirildi – Qazaryan

Ermənistanın müdafiə sistemi düşünülmüş şəkildə dağıdılır. Eyni şey Ermənistanın silahlı qüvvələrinə də aiddir.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni siyasətçi Edqar Qazaryan deyib.

O xatırladıb ki, Ermənistan Müdafiə Nazirliyinin bu il rəsmi mesajlarının əksəriyyətində “orduda qadınlar” mövzusuna toxunulur:

“Orduya cəlb etmək üçün 2 qız tapdılar və həmin mesajların əhəmiyyətli hissəsi bu qızlara aiddir. Qadınlar indi ordumuzun əsas sütununu təşkil edirlər.

Bu yaxınlarda sərhəd toqquşması baş verdi: qurbanlarından biri 60 yaşdan yuxarı müqaviləli hərbçi idi. Hərbi xidmət üçün maksimum yaş həddi 45-dir, yaşı 60-dan yuxarı kişi döyüş mövqeyində nə edir?!”

Qazaryan qeyd edib ki, hakimiyyət Ermənistan silahlı qüvvələrinin ən böyük birliyi olan “artsax müdafiə ordusunu” ləğv etdi (əslində, bu birləşmə 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən darmadağın edilib – red.) və nəticədə indi şəxsi heyət baxımdan çatışmazlıq yaşanır.

Teqlər: