Ermənistan Silahlı Qüvvələri Qızılhacılının cənubundakı mövqedən geri çəkilib, lakin Azərbaycanın Sərhəd Xidməti öz mövqelərindədir.
AzerTimes xəbər verir ki, bu barədə erməni jurnalist David Qalstyan məlumat yayıb.
Qeyd edək ki, 24 mayda Azərbaycanın Qazax rayonunun işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndi Ordumuzun nəzarətinə keçib.