Xəbər - Samir Əli – Trend:
Ermənistan Ombudsmanı beynəlxalq konvensiyalara zidd addımlar atır.
Bunu AzerTimes-a açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Ermənistan tərəfin atdığı addımlar bütün beynəlxalq hüquq normalarına ziddir:
“Erməni Ombudsman o zamanlar orada saxlanılan azərbaycanlı əsirlərlə maraqlanmalı idi. Azərbaycanlı iki soydaşımız 6 ilə yaxın Ermənistanda əsirlikdə saxlanıldı. Ermənistanın Ombudsmanı bir dəfə də olsa onlarla görüşməyib. Amma Azərbaycanda saxlanılan erməni terrorçuları biz nəzarətdə saxlayırıq, onlarla mütəmadi maraqlanırıq. Bu bizim dövlət siyasətimizdir. Biz heç kimə ayrıseçkilik qoymuruq. Mən mütəmadi şəkildə Azərbaycanda saxlanılan şəxslərə baş çəkmişəm, onların şəraitini nəzarətdə saxlamışam. Çünki Azərbaycan hər zaman tərəfdaş olduğu bütün beynəlxalq norma və prinsiplərə konvensiyalara riayət edir, onlara hörmətlə yanaşır. Azərbaycanda saxlanılan cinayətkar dəstənin üzvlərilə mütəmadi maraqlanırıq”.