Belarus Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı verdiyi bəyanatlara tamamilə sakit reaksiya verir.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o dağılmayacaq, məhv olmayacaq”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik rəsmi məlumat verilməyib.