Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdarlarının əhatəsində Yerevanda yürüş keçirir.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
N.Paşinyan bugünkü hadisələrlə bağlı ölkəni tərk etmək niyyətində olmadığını deyib. O, öz tərəfdarlarını bir daha Respublika meydanına toplaşmağa çağırıb.
Müxalifət də sakinləri küçələrə çağıraraq N.Paşinyanın istefasını tələb edib.
Eyni zamanda, baş nazirin meydana çıxmaq çağırışına etiraz olaraq bir sıra nazirliklərin əməkdaşları istefa ərizələri yazıb.