Ermənistan nə bu gün, nə sabah, nə də 10 il sonra Azərbaycan qarşısında duruş gətirmək iqtidarında deyil – Deputat

Xəbər - Çingiz Səfərli – Trend:

Cənab Prezident müsahibələrində dəfələrlə bildirib ki, Azərbaycan Ermənistana sülh əlini uzadıb, sülh müqaviləsi imzalamaq təklif edilib.

Bunu AzerTimes-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, təəssüf ki, Ermənistan bu məsələdə təkcə tərəddüd etmir, paralel olaraq provokasiyalarla məşğuldur:

“Ermənistanın anlasa da Azərbaycan qarşısında duruş gətirmək iqtidarında deyil, əsas məqsədi bundan ibarətdir ki, qısa bir müddətə müharibəni alovlandıraraq özünün qərbdə və Rusiyadakı himayədarlarını işə salıb, ya BMT-nin Təhlükəsizlik Şurasından və ya digər bir təşkilatdan qətnamə qopartsın, ya da hansısa himayədarlarının əli ilə Azərbaycana qarşı təzyiq göstərsin. Ermənistan nə bu gün, nə sabah, nə də 10 il sonra Azərbaycan qarşısında duruş gətirmək iqtidarında deyil və heç bir zaman da olmayacaq. Hesab edirəm ki, Azərbaycan torpağında həm Azərbaycanla, həm də bizlə çiyin-çiyinə dayanan Türkiyə ilə tərs düşmək Rusiyanın da marağında deyil və Ermənistanın provakasiyalarına getməyəcək. O ki qaldı ermənilərin ənənəvi hiyləgərliyinə, həm mina xəritələrinin verilməsində, həm də qalan bütün məsələlərdə bu, özünü göstərir. Onlar daim başlarının üstündə təmir yumruq görməlidirlər. Ayrı cür ağıllanacaqlarına inam yoxdur”.

Twitter:@cingizsafarli

Teqlər: