Ermənistan NATO-dakı missiyasında, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında və ATƏT-dəki nümayəndəliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsi təsis edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan qərar imzalayıb.
Papikyan attaşelərin Ermənistanın NATO-dakı missiyasında, mənzil-qərargahı Belçikanın Mons şəhərində yerləşən NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığında və ATƏT-dəki nümayəndəlikdə fəaliyyət göstərəcəyini bildirib.
Nazir eyni zamanda Ermənistanın NATO missiyasındakı hərbi nümayəndəsinin vəzifə səlahiyyətlərinin azaldıldığını qeyd edib.