“Çiçəklənən Ermənistan” partiyasının və eyniadlı parlament fraksiyasının lideri, milyonçu Qagik Tsarukyan haqqında həbs qərarı çıxarıb.
Müvafiq qərar Yerevan ümumi yurisdiksiya məhkəməsi tərəfindən verilib.
Tsarukyanın vəkili Samvel Dilbandyan jurnalistlərə açıqlamasında bildirib ki, partiya lideri iki ay müddətinə həbs olunacaq. Dilbandyan qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, Tsarukyan iri məbləğdə vergidən yayınmada, seçicilərin rüşvətlə ələ alınması və böyük torpaq sahələrinin özəlləşdirilməsində ittiham olunur. Biznesmen iyunda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq ifadəsi alınıb. Tsarukyanın həbsi siyasi motivlərlə də əlaqələndirilir. Belə ki, o, Baş Nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırmışdı.