Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən sammitində Ermənistan nümayəndələrinin iştirak etməməsinə görə təəssüflənir və ümid edir ki, İrəvan öz xarici siyasətinin vektorunu dəyişməyərək Moskvanın müttəfiqi olaraq qalacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bununla bağlı təəssüf hissi keçirə bilərik. KTMT öz işini davam etdirir. Əlbəttə, KTMT Ermənistanın iştirakının davam etməsində maraqlıdır. Ümid edirik ki, Ermənistan öz xarici siyasətinin vektorunu dəyişməz. Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət baxımından bizim müttəfiqimiz, strateji tərəfdaşımız olaraq qalır. Onlarla danışmağa davam edəcəyik”, – deyə Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb”, – o bildirib.