Ermənistan 4 hərbi təyyarəsini və pilotlarını Ukraynada
döyüşlərdə istifadə olunması üçün Rusiyaya yola salıb. Yayılan
məlumatda qeyd olunur ki, Ermənistan martın 25-də 4 ədəd “Su-30”
tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla birgə
Rusiyanın tabeliyinə verib.
Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin
deputatı Vüqar İskəndərov bildirib ki, hər zaman sülhə deyil,
müharibəyə, günahsız qanların tökülməsinə, insanların ölümünə
hesablanmış siyasət həyta keçirən Ermənistan bu dəfə də öz
“əqidəsinə” sadiqlik nümayiş etdirir.
“Dünya birliyi Rusiyanın Ukraynaya qarşı hücumunun
dayandırılmasına, Ukraynanın dinc vətəndaşlarının müharibə qurbanı
olmasının qarşısını almağa çalışdığı bir vaxtda Ermənistan əksinə
addım atır”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, bu günlərdə yayılan məlumat
Ermənistanın sülhün deyil, müharibənin dəstəkçisi olduğunu bir daha
təsdiqləyib.
“Həmin məlumata əsasən, Ermənistan ona məxsus olan 4 ədəd müasir
SU 30 təyyarəsini Ukraynada hərbi əməliyyatlarda istifadə etmək
üçün göndərib. Erməni pilotlar tərəfindən idarə olunduğu bildirilən
bu təyyarələr Rusiyanın Ukraynaya qarşı hücumlarında istifadə
edilir. Bu, onu deməyə əsas verir ki, Ermənistan Ukraynaya qarşı
aparılan hərbi əməliyyatlara qoşuldu. Bütün dünya Belarusun
müharibəyə qoşulacağını güman etsə də, Ermənistan onu qabaqladı və
qarşıdurmanın iştirakçısına çevrildi. Beləliklə, Ermənistan
rəbrərləri “fəxr edə bilərlər” ki, bu gün Ukraynanın şəhərlərinin,
infrastrukturunun dağıdılmasında Ermənistanın da “töhfələri” var”,
– deyə deputat bildirib.
V.İskəndərov deyib ki, bu, Ermənistanın beynəlxalq birliyə
meydan oxuyan yeganə addımı deyil: “Bundan əvvəl də Ermənistanın
Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş
zonasına göndərilməsində rol aldığı bildirilmişdi. Beləliklə, hər
şey gün kimi aydındır. Ermənistan bütün dünyaya meydan oxuyur. Özü
də bu, ABŞ və Qərb ölkələri Rusiyaya hərbi, iqtisadi və digər
yardım göstərən istənilən ölkəyə qarşı ciddi tədbirlər görüləcəyini
bəyan etdiyi bir ərəfədə baş verir. Bir sözlə, Ermənistan bununla
öz mövqeyini ortaya qoydu. İndi növbə Qərbin, xüsusilə də
ABŞ-ındır. ABŞ-ın, Qərb ölkələrinin Ermənistanın bu addımına necə
reaksiya verəcəkləri, bu ölkəyə də sanksiyalar tətbiq
edib-etməyəcəkləri hər kəsdə maraq doğurur”.