Ermənistan hökuməti 2024-cü ildə müdafiə sektoruna təxminən 557 milyard dram (136 milyon dollardan çox) ayırmağı planlaşdırır. Bu da 2023-cü il üçün yenidən işlənmiş hökumət proqramında nəzərdə tutulan rəqəmdən 6% çoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Maliyyə Nazirliyi məlumat yayıb.
Müdafiə xərclərinin 2020-ci ilə nisbətən 2024-cü ildə 81% artacağı gözlənilir. 2024-cü ildə Ermənistan dövlət büdcəsi xərclərinin 17%-dən çoxu müdafiə sektoruna yönəldiləcək.