Bu gün saat 08:10-dan 08:40-a qədər Azərbaycanın Qazax rayonu ilə sərhəddəki Tavuş rayonunun Bibiş (Berkaber) kəndinin yaxınlığında partlayış işləri aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Partlayış Bibişdən 1540 m şimal-şərqdə olub.
Qeyd edək ki, Qazaxın işğalda olan 7 kəndinin anklav olmayan 4 kəndinin qaytarılması razılığı ilə əlaqədar Ermənistan MN həmin ərazidə minatəmizləmə işləri görür.