Ermənistan Müdafiə Nazirliyi Kotaykda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin adlarını açıqlayıb.
AzerTimes xəbər verir ki, nazirlik təlim təyyarəsinin qəzaya uğraması nəticəsində baş leytenant Armen Xaçikoviç İsaxanyan və kursant Armen Karenoviç Xaçatryan öldüyünü bildirib.
Ölənlərin cəsədləri Yak-52 təyyarəsindən çıxarılaraq təcili yardım maşını ilə aparılıb.
Qeyd edək ki, qıza bu gün səhər saatlarında baş verib.