Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, nəticədə 2 erməni hərbi qulluqçu saxlanılıb, qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
AzerTimes xəbər verir ki, məlumat yayıldıqdan dərhal sonra Ermənistan MN bunu təkzib edərək, hər hansı diversiya həyata keçirmədiyini elan etmişdi.
Az öncə isə Ermənistan MN növbəti açıqlama yaymağa məcbur olub. Ermənistan MN diversiyanı bir daha inkar etsə də, iki əsgərinin “itkin düşdüyünü” elan edib.
“Hərbçilərin Azərbaycan tərəfə keçməsi istisna edilmir”, – Ermənistan MN-in açıqlamasında bildirilir.
Bu “bəyanatın” özü belə gülüncdür. Çünki DSX faktiki olaraq iki erməni diversantın saxlanıldığını rəsmən elan edib. Bunun ardınca “Azərbaycan ərazisinə keçməsi istisna deyil” kimi ifadə Ermənistan MN-in yalanını ifşa edir.