Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyət nisbətən sakitdir.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan brifinqdə bildirib.
“Qarabağdakı rejim ləğv ediləndən sonra oradakı silahlı dəstələrdə xidmət etmiş hərbçilər Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmətini davam etdirə bilərlər”, – məlumatda deyilir.