Ermənistan millisi ardıcıl 3 oyunda darmadağın oldu

Ermənistan millisi ardıcıl 3 oyunda darmadağın oldu

Futbol üzrə Ermənistan milli komandası ardıcıl üçüncü matçında böyük hesabla uduzub.

AzerTimes xəbər verir ki, Vant Sxipin baş məşqçi olduğu kollektiv bu dəfə Kosova yoldaşlıq görüşündə darmadağın edib – 5:2.

Kosovanun paytaxtı Priştinada təşkil olunmuş qarşılaşmada Ermənistan millisi ilk yarını 2:1 hesabı ilə öndə tamamlayıb. Fasilədən sonra balkanlılar oyunda dönüş etməy bacarıblar.

Qeyd edək ki, Ermənistan millisi daha əvvəl UEFA Millətlər Liqasındakı keçid pley-off qarşılaşmalarında Gürcüstana evdə 0:3, səfərdə 1:6 hesabı ilə məğlub olub.

Teqlər: