Ermənistan meyitlərini istəyir: ifşa olundu…

Ermənistan meyitlərini istəyir: ifşa olundu…

Separatçılar Qarabağda məhv edilən erməni terrorçuların – Armo Abqaryan, Samvel Torosyan, Yervard Tadevosyan və Qaqik Balayan (öldürülənlərin 5 olduğu, lakin dördünün adının açıqlandığı haqda məlumatlar var) Ermənistana təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

Bu, Ermənistanın “Qarabağda hərbçimiz yoxdur” tezisini çürüdür. Rəsmi İrəvan üçtərəfli razılaşmanın 4-cü bəndini – erməni qoşunların Qarabağdan çıxarılması – icra etmir və iddia edir ki, sonuncu çağırışçı ötən il “xidməti”ni başa çatdırıb, Azərbaycan ərazisində Ermənistan ordusunun hərbçisi qalmayıb. Məlumdur ki, Ermənistandan Qarabağa daha çağırışçı göndərməsələr də, Azərbaycan ərazisində qalan silahlı dəstələrin böyük hissəsi erməni silahlı qüvvələrinin hərbçiləridir.

“Qisas” əməliyyatında məhv edilən hərbçilərin Ermənistana təhvil verilməsi üçün danışıqların aparıldığına dair məlumat İrəvanın iddiasını ifşa edən faktdır.

Teqlər: